Xəzər Xəbər

Messinin "Barselona"dan ayrılmasına Kumanın bu sözləri səbəb oldu

İdman | 09:38 • 26 Avqust 2020
Messinin "Barselona"dan ayrılmasına Kumanın bu sözləri səbəb oldu

Lionel Messinin "Barselona"dan ayrılmaq istəyi futbol dünyasında təlatümə səbəb olub.


 "Barselona" rəhbərliyinin idarəçiliyini uzun müddətdir yanlış hesab edən və Çempionlar Liqasında "Bavariya"ya 2:8 hesablı məğlubiyyətdən sonra sarsılan oyunçunun yeni məşqçi Kumanla söhbəti səbrini daşıran son damla olub.


"Diaro Ola" qəzetinin yazdığına görə, Messi ilə üz-üzə görüşən Ronald Kuman ona "Komandada imtiyaz sahibi olmağın arxa plana keçdi, bundan sonra hər şeyi komanda üçün etməlisən. Bu mövzuda fikrimi dəyişdirməyəcəm, komandanı düşünməlisən" deyib.


Messinin bu söhbətdən sonra klubdan ayrılmağa qərar verdiyi bildirilir./Offsideplus.az

Xəbər lenti