Xəzər Xəbər

"Çelsi" fransalı müdafiəçi ilə müqavilə imzalayır

İdman | 12:48 • 25 Avqust 2020
"Çelsi" fransalı müdafiəçi ilə müqavilə imzalayır

İngiltərənin "Çelsi" klubu Fransa "Nitsa"sının futbolçusu Malanq Sarr ilə razılığa gəlib. 


"Get French Football News" xəbər verir ki, London təmsilçisi 21 yaşlı mərkəz müdafiəçisi ilə 5 illik müqavilə imzalayacaq. 


Fransalı oyunçu ilə danışıqların son mərhələdə olduğu bildirilir. O, yaxın günlərdə yeni klubunda tibbi müayinədən keçəcək. 


Qeyd edək ki, Malanq Sarr 2019/2020 mövsümündə Fransa klubunda 20 oyun keçirib və bir qol vurub. Sarr "Nitsa"nın yetirməsidir. /Report

Xəbər lenti