Xəzər Xəbər

"Mançester Yunayted"dən 18 yaşlı futbolçu üçün 200 milyon dollarlıq təklif

İdman | 11:01 • 25 Avqust 2020
"Mançester Yunayted"dən 18 yaşlı futbolçu üçün 200 milyon dollarlıq təklif

İngiltərənin "Mançester Yunayted" klubu İspaniya "Barselona"sını futbolçusu Ansu Fatini transfer etmək istəyir.


"Mundo Deportivo" nəşri xəbər verir ki, "qırmızı şeytanlar" 18 yaşlı hücumçu üçün qarşı tərəfə 200 milyon ABŞ dolları ödəməyə hazırdır.


İddiaya görə, yaxın günlərdə Qvineya əsilli ispaniyalı forvard üçün Kataloniya təmsilçisinə rəsmi təklif göndəriləcək.


Qeyd edək ki, A.Fati ötən mövsüm İspaniya La Liqasında 24 oyun keçirib və 7 qol vurub.

Xəbər lenti