Xəzər Xəbər

"Beşiktaş" Çempionlar Liqasında mübarizəyə başlayır

İdman | 10:45 • 25 Avqust 2020
"Beşiktaş" Çempionlar Liqasında mübarizəyə başlayır

Bu gün UEFA Çempionlar Liqasında (ÇL) II, Avropa Liqasında (AL) isə I təsnifat mərhələsinə start veriləcək. 


XəzərXəbər-in məlumatına görə, ÇL-də 2, AL-də isə bir matç keçiriləcək. 


I təsnifat mərhələsində Gürcüstanın "Dinamo" komandasını mübarizədən kənarlaşdıran Albaniya çempionu "Tirana" Serbiya "Srvena Zvezda"sını qəbul edəcək. Türkiyənin "Beşiktaş" klubu isə Yunanıstanda PAOK-un müqavimətini qırmağa çalışacaq. 


Avropa Liqasındakı yeganə oyunda isə "Riteryay" Latviyada İrlandiyanın "Derri Siti" komandasını sınağa çəkəcək. 


UEFA Çempionlar Liqası


II təsnifat mərhələsi


22:00. "Tirana" (Albaniya) - "Srvena Zvezda" (Serbiya) 


22:00. PAOK (Yunanıstan) - "Beşiktaş" (Türkiyə)


Avropa Liqası


I təsnifat mərhələsi


22:00. "Riteryay" (Latviya) - "Derri Siti" (İrlandiya)

Xəbər lenti