Xəzər Xəbər

Məşhur italiyalı məşqçi fırıldaqçının qurbanı olub

İdman | 21:59 • 24 Avqust 2020
Məşhur italiyalı məşqçi fırıldaqçının qurbanı olub

İtaliyalı məşqçi, "İnter” klubunun baş məşqçisi Antonio Konte fırıldaqçının qurbanı olub.


A.Konte İngiltərənin "Çelsi” klubuna rəhbərlik etdiyi müddətdə investisiya yerləşdirmək məqsədilə Massimo Boçikkyo adlı şəxsə 30,6 milyon avro vəsait təqdim edib. Bir müddət sonra həmin məbləği dividendlərlə birgə almağa ümid edən məşqçi vəsaiti geri ala bilməyib.


Ondan başqa, daha yeddi nəfər fırıldaqçının qurbanı olub. Məsələni araşdıran Böyük Britaniya məhkəməsi M.Boçikkyonun 61,4 milyon avro məbləğində aktivlərini dondurub.


Qeyd edək ki, Antonio Konte 2016-2018-ci illərdə "Çelsi”yə rəhbərlik edib.

Xəbər lenti