Xəzər Xəbər

“Neftçi” portuqaliyalı futbolçuya təklif göndərib

İdman | 16:45 • 24 Avqust 2020
“Neftçi” portuqaliyalı futbolçuya təklif göndərib

Hücum xəttində problemləri olan Bakının "Neftçi” klubu futbolçu axtarışlarını davam etdirir. Paytaxt klubu son olaraq portuqaliyalı futbolçu Ze Manuelə təklif göndərib.


Xezerxeber.az xəbər verir ki, futbolçu Portuqaliyada "Santa Klara” klubunda oynayır. İyirmi doqquz yaşlı forvard vaxtilə Portuqaliyanın U-18 yığmasının şərəfini qoruyub.


"Merelinense”nin yetirməsi olan Z.Manuel karyerası ərzində "Braqa”, "Boavişta”, "Portu”, "Vitoriya Setubal”, "Visla Krakov” və digər komandalarda çıxış edib. 2018-ci ildən "Santa Klara”da oynayan hücumçu bu müddətdə 54 oyuna çıxaraq 12 qol vurub.


"Neftçi”nin rəsmi təklif göndərdiyi portuqaliyalı şərtləri qəbul edərsə, onunla ikiillik müqavilə imzalanacaq.

Xəbər lenti