Xəzər Xəbər

Kapitan PSJ-dən ayrıldı - yeni klubu məlumdur

İdman | 12:08 • 24 Avqust 2020
Kapitan PSJ-dən ayrıldı - yeni klubu məlumdur

PSJ-nin kapitanı Tyaqo Silva komandadan ayrılıb.


 


Braziliyalı müdafiəçi bu barədə Çempionlar Liqasının finalında "Bayern"ə 0:1 hesabı ilə uduzduqları oyundan sonra məlumat verib. 


 


35 yaşlı mərkəz müdafiəçisi "Çelsi" ilə razılaşıb. Onun tezliklə Londona yollanacağı gözlənilir.


 


PSJ Silvanı 2012-ci ildə "Milan"dan 42 milyon avroya transfer etmişdi.

Xəbər lenti