Xəzər Xəbər

"Milan" İbrahimoviçi razı sala bilmir

İdman | 11:42 • 24 Avqust 2020
"Milan" İbrahimoviçi razı sala bilmir

"Milan" müqaviləsi başa çatan Zlatan İbrahimoviçlə anlaşa bilməyib.


 


İsveçli futbolçu ilə klub arasında danışıqlar uzanır və tərəflər müqaviləni razılaşdıra bilmirlər. İddialara görə, Zlatan "qırımızı-qaralar"dan illik 6 milyon avro maaş istəyib.


 


"Milan" bazar ertəsi yeni mövsümün hazırlığına başlayacaq. 39 yaşlı hücumçu komandanın düşərgəsinə hələ ki qatılmayacaq.


 


İbrahimoviç ötən mövsüm "Milan"da keçirdiyi 20 oyunda 11 qol vurub, 5 məhsuldar ötürmə edib.

Xəbər lenti