Xəzər Xəbər

"İnter"də Kontenin taleyinə aydınlıq gələcək

İdman | 10:57 • 24 Avqust 2020
"İnter"də Kontenin taleyinə aydınlıq gələcək

Avropa Liqasının finalıdan "Sevilya"ya uduzduqdan sonra komandadan ayrıla biləcəyini deyən "İnter"in baş məşqçisi Antonio Kontenin taleyinə növbəti həftə aydınlıq gələcək.


 


"Football Italia" xəbər verir ki, klubun direktoru Beppe Marotta italiyalı mütəxəssislə görüşəcək.


 


51 yaşlı mütəxəssis klub rəhbərliyi fikirlərinni üst-üstə düşmədiyi üçün komandadan getmək fikrindədir. Buna görə də, Konte Milan təmsilçisində qalmaq istəmir.


 


"İnter" rəhbərliyi Konteni göndərmək istəmir, çünki illik 10 milyon avro maaş alan məşqçinin təzminatı kluba sərf etmir. Bu səbəbdən də çalışdırıcının öz istəyi ilə klubdan ayrılması "göy-qaralar"ı razı salır. Çünki Milan təmsilçisi öncəki baş məşqçi Luçano Spallettinin müqaviləsinə xitam verdiyi üçün hələ də ona maaş ödəyir.


 


Əgər Konte istefa verməsə, "İnter" təcrübəli mütəxəssislə yeni strategiya müzakirə etməli olacaq.


 


Kontenin gedəcəyi təqdirdə, "İnter"in baş məşqçi postuna namizəd də açıqlanıb. Bu, son olaraq "Yuventus"u çalışdırmış Massimiliano Alleqridir.


 


Konte ötən mövsümdən "İnter"i çalışdırır. "Göy-qaralar" A Seriyasında 2-ci yeri tutub, Avropa Liqasının finalında məğlub olub.

Xəbər lenti