Xəzər Xəbər

Levandovski Çempionlar Liqasının bombardiri oldu

İdman | 09:36 • 24 Avqust 2020
Levandovski Çempionlar Liqasının bombardiri oldu

"Bavariya"nın polşalı forvardı Robert Levandovski Çempionlar Liqasının 2019/20 mövsümünün ən sərrast oyunçusu olub.


Çıxdığı 11 qarşılaşmada ikisi penaltidən olmaqla, 15 top vuran Levandovski bu göstəricidə hamını qabaqlayıb.


Yalnız az öncə başa çatan finalda qoleadorluq məharətini ortaya qoya bilməyən hücumçu qalan bütün matçlarda rəqib qapılarına yol tapıb.

Xəbər lenti