Xəzər Xəbər

“Milan” İbrahimoviçlə razılığa gəldi

İdman | 17:30 • 22 Avqust 2020
“Milan” İbrahimoviçlə razılığa gəldi

"Milan" futbolçusu Zlatan İbrahimoviçlə müqaviləsini yeniləmək barədə razılığa gəlib.


XəzərXəbər Qol.az-a istinadən xəbər verir ki, razılığa əsasən, isveçli hücumçu daha 1 mövsüm A seriyası təmsilçisində çıxış edəcək. O, yeni müqavilə ilə 1 mövsüm üçün 6 milyon avro və bonuslar qazanacaq.


Qeyd edək ki, bundan əvvəl "Milan" və 38 yaşlı hücumçunun maaş məsələsində razılığa gələ bilmədiyi iddia olunurdu.


Xatırladaq ki, Z.İbrahimoviç bu ilin yanvarında "Los Anceles Qelaksi"dən "Milan"a keçib. O, 2019/2020 mövsümünün ikinci yarısında komandanın heyətində çıxdığı 18 oyunda 11 qol vurub və 5 qolun ötürməsini verib.

Xəbər lenti