Xəzər Xəbər

Pirlo bu futbolçuların göndərilməsini istədi

İdman | 16:08 • 14 Avqust 2020
Pirlo bu futbolçuların göndərilməsini istədi

"Yuventus"un yeni baş məşqçisi Andrea Pirlo heyətə əl gəzdirməyə hazırlaşır.

"Goal" nəşri xəbər verir ki, 41 yaşlı mütəxəssis argentinalı hücumçu Qonsalo İquainlə almaniyalı yarımmüdafiəçi Sami Xediranı gələcək planlarında görmür.

Bu səbəbdən italiyalı çalışdırıcı rəhbərlikdən hər iki oyunçunun satılmasını istəyib.

Xedira 2015-ci ildən "Yuventus"da çıxış edir. İquain isə 2016-cı ildə 94 milyon avroya "Napoli"dən "qoca sinyora"ya keçmişdi.

Xəbər lenti