İspaniyanın "Vilyarreal" klubu növbəti transferini açıqlayıb.
XəzərXəbər klubun saytına istinadla xəbər verir ki, "sarı sualtı qayıq" "Valensiya"nın yarımmüdafiəçisi Fransis Kokleni transfer edib. 29 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb. "Vilyarreal" bu keçid üçün 8+3 milyon avro təzminat ödəyib.
Koklen 2018-ci ildə "Arsenal"dan "Valensiya"ya 14 milyon avro qarşılığında keçmişdi. Fransalı futbolçu ötən mövsüm keçirdiyi 36 oyunda 2 məhsuldar ötürmə edib.