Xəzər Xəbər

Azərbaycan Premyer Liqası: Yeni mövsümün püşkü atılacaq

İdman | 10:52 • 12 Avqust 2020
Azərbaycan Premyer Liqası:

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2020/2021 mövsümünün püşkü atılacaq. 


Mərasim AFFA-nın inzibati binasında baş tutacaq. Klub və KİV nümayəndələri üçün qapalı olacaq tədbir saat 15:00-da başlanacaq. Püşkatma "CBC Sport" kanalı vasitəsi ilə canlı yayımlanacaq.


Püşkatmada yeni mövsümün ilk turunda üz-üzə gələcək komandalar bəlli olacaq. 


Qeyd edək ki, 2020/2021 mövsümündə "Qarabağ", "Neftçi", "Keşlə", "Sumqayıt", "Zirə", "Sabah", "Səbail" və "Qəbələ" mübarizə aparacaq.

Xəbər lenti