"Yuventus"un futbolçusu Bleyz Matuidi karyerasını ABŞ-da davam etdirəcək.
Fransalı yarımmüdafiəçi "Mayami İnter"lə anlaşıb. Devid Bekhemin sahibi olduğu MLS klubu 33 yaşlı oyunçu ilə 3 illik müqavilə imzalayıb.
Matuidi ötən mövsüm keçirdiyi 45 oyunda 1 qol vurub, 2 məhsuldar ötürmə edib.