Xəzər Xəbər

Çempionlar Liqasının matçı neytral meydanda olacaq

İdman | 11:26 • 11 Avqust 2020
Çempionlar Liqasının matçı neytral meydanda olacaq

Sloveniyanın "Tselye" və İrlandiyanın "Dandolk" komandaları arasında UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin matçı başqa ölkədə keçiriləcək. 


Buna Sloveniyada koronavirus pandemiyasına görə 14 günlük karantin rejiminin tətbiq edilməsi səbəb olub. "Dandolk"un futbolçuları və klub üzvləri Sloveniyaya gedəcəkləri təqdirdə karantinə alınacaqdı. 


Püşkün nəticəsinə əsasən, "Tselye" meydan sahibidir və komanda matçın Macarıstanda keçirilməsinin tərəfdarı olub.


UEFA avrokubok matçlarının təhlükəsiz şəraitdə keçirilməsi üçün epidemioloji protokol hazırlayıb. Qaydaya əsasən, səyahət məhdudiyyətinə görə, hansısa oyun neytral meydanda keçirilə bilər. 


Qeyd edək ki, "Tselye" -  "Dandolk" matçı avqustun 19-da Macarıstandakı "Ferents Şuşa" stadionunda gerçəkləşəcək. 

Xəbər lenti