Xəzər Xəbər

Qvardiola: "Beyli yox, Çempionlar Liqasını istəyirik"

İdman | 17:08 • 8 Avqust 2020
Qvardiola: "Beyli yox, Çempionlar Liqasını istəyirik"

Çempionlar Liqasının 1/8 finalında "Real"ı mübarizədən kənarlaşdıran "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola açıqlama verib.

İspaniyalı mütəxəssis turnirin qalibi olmaq istədiklərini bildirib:

"Zinəddin Zidan pley-off oyunlarında uduzmurdu. Biz bunu bacardıq və "Real"ı yendik. Artıq Çempionlar Liqasını qazanmaq istəyirik. Yaxşı addım atdıq, ancaq özümüzü yetərli hesab etsək, məğlub olarıq. Hələ səhvlərimiz var".

49 yaşlı mütəxəssis "Real"ın futbolçusu Qaret Beyllə maraqlanmadıqlarını deyib: "Beyl? Onunla maraqlanmırıq".

"Mançester Siti" 1/4 finalda "Lion"la qarşılaşacaq.

Xəbər lenti

Çox oxunanlar