Xəzər Xəbər

Şmeyxel "Mançester Yunayted"ə transfer edilə bilər

İdman | 10:48 • 3 Avqust 2020
Şmeyxel "Mançester Yunayted"ə transfer edilə bilər

İngiltərənin "Mançester Yunayted" klubu danimarkalı "Lester" komandasının qapıçısı Kasper Şmeyxeli almaq niyyətindədir.


Buna səbəb "Mançester Yunayted"in məşqçisi Ule Sulşerin hazırki komandanın qapıçısı ispaniyalı David de Xeanın oyunundan narazı olmasıdır.


Ötən mövsüm K.Şmeyxel "Lester"lə 44 oyun keçirib, 48 qol buraxıb və 14 dəfə sıfıra oynayıb. Klubla mövcud müqaviləsi 30 iyun 2023-cü ilədək qüvvədədir. Futbolçunun transferinin dəyəri 9,5 milyon avro qiymətləndirilir.


Qeyd edək ki, Kasper Şmeyxelin atası 1991-1999-cu illərdə "Mançester Yunayted" klubu uğrunda oynayıb, və komanda ilə Liqa və beşqat İngiltərə çempionu adlarını qazanıb.

Xəbər lenti