Çempionlar Liqasının 1/8 final mərhələsinin "Barselona” – "Napoli” oyunu neytral meydanda keçirilə bilər.
Buna səbəb cavab oyunları çərçivəsində baş tutmalı olan görüşün İspaniyada təşkili sual altına düşməsidir.
Koronavirus pandemiyasının İspaniyada yayılması üzündən UEFA Barselonadakı matçın yerini dəyişdirməyi götür-qoy edir. Bildirilir ki, qurum Səhiyyə Departamentinə müraciətinin cavabını gözləyir. Əgər oyunun sağlamlıq üçün təhlükəli olduğu bildirilsə, matçın yeri dəyişdiriləcək.
Yekun qərar bu həftə verilməlidir. Çünki qarşılaşma avqustun 8-də keçirilməlidir.
Qeyd edək ki, komandalar arasında ilk matç 1:1 hesabı ilə başa çatıb.