Xəzər Xəbər

"Bayern" "Liverpul"un almaq istədiyi futbolçuya qiymət qoydu

İdman | 17:02 • 29 İyul 2020
"Bayern" "Liverpul"un almaq istədiyi futbolçuya qiymət qoydu

"Bayern" adı "Liverpul"la hallanan yarımmüdafiəçisi Tyaqo Alkantaraya qiymət qoyub.


 

XəzərXəbər xəbər verir ki, Münhen təmsilçisi ispaniyalı yarımmüdafiəçini 30 milyon avroya satmağa hazırdır. "Liverpul" 29 yaşlı futbolçu üçün bu məbləği ödəsə, transfer baş tutacaq.


 

Alkantaranın "Bayern"lə müqaviləsi 2021-ci ilin yayında bitəcək. Bundesliqa klubu futbolçunu 2013-cü ildə "Barselona"dan 25 milyon avroya transfer edib. Tyaqo "Bayern"də 231 oyun keçirib, 31 qol vurub və 37 assist edib.

Xəbər lenti