Xəzər Xəbər

Dünyada ilk dəfə olaraq şahmatın tədrisi üzrə onlayn platforma yaradılıb

İdman | 09:49 • 29 İyul 2020
Dünyada ilk dəfə olaraq şahmatın tədrisi üzrə onlayn platforma yaradılıb

Latviyada dünyada ilk dəfə olaraq şahmat üzrə dünya çempionu norveçli Maqnus Karlsenin də təşəbbüskarı olduğu "CoChess” şahmat tədrisi üzrə onlayn platforma yaradılıb.


"CoChess” peşəkar məşqçilərin nəzarəti altında şahmat bacarıqlarına yiyələnməyə və inkişaf etdirməyə imkan verir.


"Belə bir rəqəmsal platformanı ərsəyə gətirmək üçün şahmat sektorunda məşhur iki müəssisə bu yaxınlarda bir şirkətdə birləşib. Rumıniya, Litva, Türkiyə və Ukraynadan olan məşqçilərimiz var. Onlar tələbələrə müxtəlif dillərdə, fərqli vaxt zonalarında dərs verə bilərlər” – deyə L. Eretsa əlavə edib. (AZƏRTAC)

Xəbər lenti