Xəzər Xəbər

Üzgüçülük üzrə dünya kuboku yarışları ləğv edilib

İdman | 09:52 • 29 İyul 2020
Üzgüçülük üzrə dünya kuboku yarışları ləğv edilib

Sentyabrın 4-6-da Sinqapurda təşkili nəzərdə tutulan üzgüçülük üzrə dünya kuboku yarışları ləğv edilib.


Xezerxeber.az xəbər verir ki, turnir koronavirus pandemiyasına görə keçirilməyəcək. Bu barədə qərar Beynəlxalq Üzgüçülük Federasiyası (FINA) ilə məsləhətləşmədən sonra qəbul olunub.


Qeyd edək ki, yarışda 200-dən artıq üzgüçünün iştirak etməsi planlaşdırılırdı.

Xəbər lenti