Xəzər Xəbər

Dibala “Lion”la oyuna qatılmaya bilər

İdman | 09:13 • 29 İyul 2020
Dibala “Lion”la oyuna qatılmaya bilər

İtaliyanın "Yuventus” futbol klubunun aparıcı futbolçularından olan Paulo Dibala zədələnib.


Xezerxeber.az xəbər verir ki, 26 yaşlı argentinalı yarımmüdafiəçi A Seriyasının 36-cı turunun "Sampdoriya” ilə matçında (2:0) zədələnib. Dibalanın ən tez 10 gündən sonra komanda ilə məşqlərə qoşulacağı bildirilir. Argentinalı hücumçunun UEFA Çempionlar Liqasında "Lion”la matçda iştirakı da sual altındadır.


Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin "Yuventus” – "Lion” cavab matçı avqustun 7-də oynanılacaq. Komandalar arasında Fransada keçirilən ilk görüşdə "Lion” 1:0 hesabı ilə qalib gəlib.

Xəbər lenti