Xəzər Xəbər

"İnter" Sançesin müqaviləsini uzadır

İdman | 18:01 • 28 İyul 2020
"İnter" Sançesin müqaviləsini uzadır

"İnter" hücumçu Aleksis Sançeslə icarə müddətini daha bir il uzatmaq niyyətindədir.


XəzərXəbər goal.az-a istinadən xəbər verir ki, İtaliya klubu oyunçunun müqavilə ilə məxsus olduğu "Mançester Yunayted"ə danışıqları davam etdirir. Çilili hücumçunun "İnter"lə hazırkı sözləşmə müddəti avqustun 5-də tamamlanır.


Qeyd edək ki, 31 yaşlı forvard cari mövsüm Milan təmsilçisinin heyətində 27 oyun keçirib və 4 qol vurub. Sançesin aktivində 10 məhsuldar ötürmə var.

Xəbər lenti