Xəzər Xəbər

Klopp Ferqyussonla görüşündən danışdı

İdman | 15:36 • 28 İyul 2020
Klopp Ferqyussonla görüşündən danışdı

"Mançester Yunayted"in əfsanəvi baş məşqçisi Aleks Ferqyuson "Liverpul"un çalışdırıcısı Yurgen Kloppu ilin məşqçisi seçilməsinə görə təbrik edib.


 


Şotlandiyalı mütəxəssis almaniyalı baş məşqçisinin "Liverpul"da böyük işlər gördüyünü dyeib:


 


"Klopp, "Liverpul" üçün böyük işlər görmüsən. Komandanı 30 il sonra çempion etdin. Həqiqətən də komandan əla performans göstərdi. Bu mükafata layiqsən. Biz inanılmaz tamaşaya şahid olduq. Premyer Liqa çempionu olduğunu demək üçün gecə 03:30-da mənə zəng etdin. Yuxuma mane olsan da, bu möhtəşəm zəfərə görə səni bağışlayıram. Sona qədər qələbəni haqq etdin".


 


Yurgen Klopp "Mançester Yunayted"də 13 dəfə Premyer Liqa çempionu olan Aleks Ferqyusonla tanışlığı barədə söz açıb:


 


"Tanış olduğum ilk britaniyalı mütəxəssis Ferqyusondur. Birlikdə qəlyanaltı etmişdik. O, nə qədər xatırlayır, bilmirəm, ancaq mən unutmamışam. Onunla tanışlıq Roma papası ilə görüşə bərabərdir".

Xəbər lenti