Xəzər Xəbər

"Zenit" Deyan Lovrenin transferini açıqladı

İdman | 18:00 • 27 İyul 2020
"Zenit" Deyan Lovrenin transferini açıqladı

"Zenit" "Liverpul"un futbolçusu Deyan Lovreni transfer edib.


XəzərXəbər klubun saytına istinadla xəbər verir ki, Sankt-Peterburq təmsilçisi 31 yaşlı müdafiəçi ilə 3 illik müqavilə imzalayıb. Xorvat oyunçunun illik maaşı 2,5 milyon avro olacaq.


 "Liverpul" Lovreni 2014-cü ildə "Sauthempton"dan 20 milyon funt-sterlinqə transfer edib. 


Mersisaydlılarda 185 oyun keçirən müdafiəçi Premyer Liqa, Çempionlar Liqası, UEFA Super kuboku və klublararası dünya çempionatının qalibi olub.

Xəbər lenti