Xəzər Xəbər

Haverts "Çelsi" yolunda

İdman | 17:26 • 27 İyul 2020
Haverts "Çelsi" yolunda

"Çelsi" "Bayer"in yarımmüdafiəçisi Kay Havertsin transferini bitirmək üzrədir.


 

London təmsilçisi bu keçidi 80 milyon avroya həll edəcək. Klublar arasında ilkin razılıq əldə edilib. "Zadəganlar" almaniyalı futbolçu ilə şəxsi məsələlərdə anlaşıb. Futbolçu 5 illik müqaviləni qəbul edob.


 

Alman futbolçu 11 yaşından "Bayer"in akademiyasındadır. Havertsin Leverkuzen klubu ilə müqaviləsi 2022-ci ilin yayında bitir. 21 yaşlı oyunçu bu mövsüm 35 oyunda 12 qol vurub, 8 assist edib.

Xəbər lenti

Çox oxunanlar