Xəzər Xəbər

Kriştiano Romarionu arxada qoydu

İdman | 16:25 • 27 İyul 2020
Kriştiano Romarionu arxada qoydu

Futbol tarixinin ən məhsuldar oyunçularının siyahısında dəyişiklik olub.


XəzərXəbər apasport.az-a istinadla bildirir ki, İtaliya "Yuventus"unun portuqaliyalı hücumçusu Kriştiano Ronaldo siyahıda ikinci pillənin vahid sahibi olub.


O, buna rəsmi matçlarda 735-ci qolunu vurmaqla imza atıb. "Sampdoriya" ilə A seriyasının matçındakı (2:0) qol braziliyalı Romarionu keçmək üçün kifayət edib.


Ronaldo futbol tarixinin ən yaxşı bombardirləri siyahısında yalnız Peledən geri qalır. Futbol kralı 767 dəfə fərqlənib.


1. Pele - 767

2. Kriştiano Ronaldo - 735

3. Romario - 734

4. Herd Müller - 720

5. Lionel Messi - 716

6. Ferens Puşkaş - 706

7. Yozef Biscan - 636

8. Eysebio - 615

9. Ferens Daek - 558

10. Artur Fridenrayx - 554

11. Zlatan İbrahimoviç - 542

12. Ziko - 525

13. Alfredo Di Stefano - 516



Xəbər lenti