Xəzər Xəbər

Türkiyə millisinin üzvü "Liverpul"un hədəfində

İdman | 15:29 • 27 İyul 2020
Türkiyə millisinin üzvü "Liverpul"un hədəfində

İngiltərə çempionu "Liverpul" "Şalke"nin müdafiəçisi Ozan Kabak ilə maraqlanır.


XəzərXəbər "Bild" nəşrinə istinadla xəbər verir ki, "qırmızılar" "Zenit"ə satmağa hazırlaşdığı xorvatiyalı müdafiəçi Deyan Lovrenin əvəzinə türkiyəli futbolçunu almaq istəyir.


Nəşrin məlumatına görə, 20 yaşlı mərkəz müdafiəçisinin sözləşməsindəki maddəyə əsasən, o, bu yay 45 milyon avroya sərbəst qala bilər. Mersisaydlılar gənc futbolçunu daha ucuz qiymətə almaq üçün hərəkətə keçib.


İddiaya görə, Bundesliqa klubu Ozanı 35 milyon avroya da satmağa hazırdır. Türkiyə millisinin üzvü ötən mövsüm keçirdiyi 26 oyunda 3 qol vurub, 1 assist edib.

Xəbər lenti