"Mançester Yunayted”in futbolçusu Nemanya Matiç qardaşı Uroş Matiçin "Kopenhagen”dən "Qarabağ”a keçidinə reaksiya verib.
Xezerxeber.az xəbər verir ki, 31 yaşlı futbolçu özündən 1 yaş kiçik qardaşını "Qarabağ”a keçdiyi üçün təbrik edib və onun şəklini "Instagram”da hekayə bölümünə yerləşdirib.
Ağdam təmsilçisi serbiyalı futbolçu ilə 2+1 illik müqavilə imzalayıb. Otuz yaşlı yarımmüdafiəçi Ağdam klubunda 8 nömrəli formada çıxış edəcək.