Xəzər Xəbər

Vadar Nuriyev "Neftçi"də köməkçi məşqçi vəzifəsinə təyin edilib

İdman | 10:15 • 10 İyul 2020
Vadar Nuriyev "Neftçi"də köməkçi məşqçi vəzifəsinə təyin edilib

Paytaxtın "Neftçi” futbol klubunun məşqçilər korpusuna yeni təyinat olub.


Xezerxeber.az klubun saytına istinadla xəbər verir ki, Vadar Nuriyev əsas komandada köməkçi məşqçi vəzifəsini yerinə yetirəcək. 47 yaşlı mütəxəssislə 1 il müddətinə müqavilə bağlanılıb.


Qeyd edək ki, 1998-2001-ci illərdə "Neftçi”nin heyətində 46 oyun keçirmiş Vadar Nuriyev 1999-cu ildə Azərbaycan kubokunun qalibi olub. 2018-ci ildə əvəzedici komandanın baş məşqçisi olmuş Nuriyev "İnter”in əvəzedici və U-19 komandalarında, eləcə də "Olimpik-Şüvəlan”ın əvəzedicilərində baş məşqçi, 19 yaşlılardan ibarət Azərbaycan millisində, AZAL, MOİK və "Keşlə” klublarında isə baş məşqçinin köməkçisi vəzifəsində çalışıb.

Xəbər lenti