Xəzər Xəbər

Torin Princ koronavirusa yoluxub

İdman | 09:55 • 9 İyul 2020
Torin Princ koronavirusa yoluxub

MBA-nın "Bruklin” klubunun oyunçusu Torin Princ koronavirus infeksiyasına yoluxub.


Xezerxeber.az xəbər verir ki, bu barədə ESPN portalı məlumat yayıb.


T.Prins komandada koronavirusa yoluxan üçüncü oyunçudur. Basketbolçu cari mövsüm başlamazdan əvvəl "Bruklin”lə iki il müddətinə 29 milyon dollarlıq müqavilə imzalayıb. O, komandanın heyətində 64 matç keçirib, orta hesabla 12,1 xal qazanıb.


Bundan əvvəl isə "Bruklin”in hücumçusu Uilson Çandler ailəsi səbəbindən mövsümü davam etdirməkdən imtina etmişdi. Eyni zamanda, hücumçu Kevin Dürant və müdafiəçi Kayri İrvinq zədə səbəbindən, hələlik məşqlərdən kənarda qalıblar.


Xatırladaq ki, MBA rəhbərliyi koronavirus səbəbindən mövsümü martın 12-də dayandırıb. Daha sonra rəhbərlik 2019/2020-ci il mövsümünün qalan formatını təsdiqləyib. Turnirdə 30 komandadan 22-si oynayacaq. İyulun 30-da bərpa ediləcək MBA mövsümünün startına hazırlıq gedir. Müntəzəm çempionatın avqustun 14-dək davam edəcəyi planlaşdırılır.


Bəzi komandalar artıq məşqlərə başlayıblar.

Xəbər lenti