Xəzər Xəbər

İngiltərə Premyer Liqası: “Liverpul” “Aston Villa”dan güclü olub

İdman | 09:10 • 6 İyul 2020
İngiltərə Premyer Liqası: “Liverpul” “Aston Villa”dan güclü olub

İyulun 4-də futbol üzrə İngiltərə Premyer Liqasının 33-cü turunun növbəti oyunu keçirilib.


Xezerxeber.az xəbər verir ki, turnir cədvəlin lideri "Liverpul” öz meydanında "Aston Villa”nı qəbul edib.


"Enfild” stadionunda oynanılan görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.


Oyunda hesabı Sadio Mane 74-cü dəqiqədə açıb. Son nöqtəni 89-cu dəqiqədə Kertin Jons qoyub.


Çempionuğunu vaxtından əvvəl təmin etmiş "Liverpul” aktivinə 89-cu xalı yazıb. "Aston Villa” isə 27 xalla 18-ci yerdə qərarlaşıb.

Xəbər lenti