Xəzər Xəbər

“Mançester Yunayted” - “Bormunt” oyununda yeddi qol vurulub

İdman | 09:49 • 5 İyul 2020
“Mançester Yunayted” - “Bormunt” oyununda yeddi qol vurulub

Futbol üzrə İngiltərə Premyer Liqasının 33-cü turunun növbəti oyunu keçirilib.


Xezerxeber.az xəbər verir ki, "Mançester Yunayted” öz meydanında "Bormunt” klubunu qəbul edib. Görüş Mançester təmsilçisinin 5:2 hesablı qələbəsi ilə başa çatıb.


"Mançester Yunayted”in heyətində Mason Qrinvud (2), Markus Reşford, Antoni Marsiyal, Bruno Fernandeş, "Bormunt”ın isə Junior Stanislav və Çoşua Kinq fərqləniblər.


Bu qələbədən sonra xal ehtiyatını 55-ə çatdıran "qırmızı şeytan”lar turnir cədvəlində üçüncü yerə yüksəliblər. "Bormunt” isə 27 xalla 19-cu yerdə qərarlaşıb.

Xəbər lenti