Xəzər Xəbər

“Bavariya” tarixində 20-ci dəfə Almaniya kubokunun qalibi olub

İdman | 09:56 • 5 İyul 2020
“Bavariya” tarixində 20-ci dəfə Almaniya kubokunun qalibi olub

Futbol üzrə Almaniya kubokunun final görüşü keçirilib.


Xezerxeber.az xəbər verir ki, ölkə kubokunun həlledici görüşündə "Bayer Leverkuzen” klubu "Bavariya” komandası ilə üz-üzə gəlib. Görüş "Bavariya”nın 4:2 hesablı qələbəsi ilə başa çatıb.


Münxen təmsilçisinin heyətində David Alaba, Serj Qnabri, Robert Levandovskiy (2), "Bayer Leverkuze”nin heyətində isə Sven Bender və Kai Havertz fərqləniblər.


Beləliklə, "Bavariya” tarixində 20-ci dəfə Almaniya kubokunun qalibi olur.

Xəbər lenti