Xəzər Xəbər

"Başakşəhər" "Hamburq"un futbolçusunu transfer etdi

İdman | 16:20 • 4 İyul 2020
"Başakşəhər" "Hamburq"un futbolçusunu transfer etdi

"Başakşəhər" ötən mövsüm Almaniyanın "Hamburq" klubundan icarəyə götürdüyü Berkay Özcanın transfer hüququna yiyələnib.


"Narıncı-lacıvərdli" klub Türkiyə millisinin üzü ilə 4 illik müqavilə imzalayıb. Bu keçid İstanbul təmsilçisinə 2,5 milyon avroya başa gəlib.


22 yaşlı yarımmüdafiəçi bu mövsüm 23 oyun keçirib.

Xəbər lenti