Xəzər Xəbər

"Çelsi" 99 milyon avroya ulduz futbolçunu transfer edir!

İdman | 14:29 • 4 İyul 2020
"Çelsi" 99 milyon avroya ulduz futbolçunu transfer edir!

"Leypsiq"dən Timo Verner və "Ayaks"dan Hakim Ziyexi sıralarına qatan "Çelsi" daha bir futbolçu ilə güclənməyə yaxındır.


"Zadəganlar" Leverkuzen "Bayer"inin gənc ulduzu Kai Havertsi transfer edəcək.


Bununla bağlı Britaniyanın "The Sun" nəşri məlumat yayıb. Xəbərdə bildirilir ki, "Çelsi" 21 yaşlı vinqeri 99 milyon avroya rənglərinə bağlayacaq.


Həmçinin futbolçunun komanda yoldaşı Uendell də Havertsin Londona köçməyə  hazır olduğunu bildirib. 


Qeyd edək ki, sözügedən futbolçu ilə "Bavariya", "Real"(Madrid) və "Mançester Yunayted" klubları da maraqlanırdı./Offsideplus.az

Xəbər lenti