Xəzər Xəbər

Məhəmməd Salahdan nümunəvi addım

İdman | 15:14 • 2 İyul 2020
Məhəmməd Salahdan nümunəvi addım

Premyer Liqanın builki mövsümünün çempionu olan "Liverpul” klubunun misirli hücumçusu Məhəmməd Salah doğulub boya-başa çatdığı Qərbiyə vilayətindəki Nəqriq kəndində təcili tibbi yardım mərkəzi tikdirib.


Çempionluq sevincini xeyriyyəçiliklə qeyd edən M.Salah mərkəz üçün 37 min dollar dəyərində təcili tibbi yardım avtomobili də alıb.


Misir mətbuatı yazır ki, bu, futbolçunun ilk xeyirxah addımı deyil. Belə ki, Salah 2018-ci ildə doğma kəndində qızlar məktəbi açdırıb, su kəmərinin çəkilişini maliyyələşdirib, orta məktəbdə futbol meydançası tikdirib, habelə İngiltərədən dərman preparatları göndərib. Futbolçu, həmçinin Misirin "Təhya” xeyriyyə fonduna 320 min dollar, Milli Onkologiya Mərkəzinə isə 3 milyon dollar məbləğində ianələr edib.

Xəbər lenti