"Neftçi"dən ayrılan Donald Gerye "Qarabağ"a qayıdıb.
Ağdam təmsilçisinin "Facebook" səhifəsi bu barədə məlumat yayıb. Gerye ilə imzalanan müqavilə barədə məlumat verilməyib.
31 yaşlı futbolçu ötən mövsüm "Neftçi"də 14 oyun keçirib, 1 qol vurub və 2 assist edib. Haiti millisinin üzvü 2017-2019-cu illərdə "Qarabağ"da oynamışdı.