Xəzər Xəbər

Bu klubun 4 futbolçusu koronavirusa yoluxub

İdman | 09:38 • 24 İyun 2020
Bu klubun 4 futbolçusu koronavirusa yoluxub

Fransanın "Tuluza” klubunun 4 futbolçusunda koronavirus aşkarlanıb.


Adları açıqlanmayan futbolçulardan ikisi bioloji nəzarətə alınıb.


Altı gündən sonra oyunçular və texniki personal yenidən testdən keçəcək. Hazırda komanda üzvləri arasında bütün təmaslar qadağan olunub.


Qeyd edək ki, Liqa1-də 2019/20 mövsümü koronavirusa görə yarımçıq başa çatdırılıb. Mövsümün nəticələrinə əsasən "Tuluza” aşağı dəstəyə yuvarlanıb.

Xəbər lenti