Xəzər Xəbər

“Tottenhem” öz meydanında qələbə qazanıb

İdman | 09:16 • 24 İyun 2020
“Tottenhem” öz meydanında qələbə qazanıb

İyunun 23-də futbol üzrə İngiltərə Premyer Liqasının 31-ci turunun oyunlarına start verilib.


Xezerxeber.az xəbər verir ki, turun açılış görüşü "Tottenham Hotspur" stadionunda baş tutub. "Tottenhem” klubu öz meydanında "Vest Ham” komandasını qəbul edib. Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.


Qarşılıqlı hücumlar şəraitində keçən birinci hissədə hesab açılmayıb. Qarşılaşmanın ikinci hissəsində London təmsilçisi hesabı açıb. Matçın 64-cü dəqiqəsində Tomas Soucek avtoqola imza atıb. Matçın 82-ci dəqiqəsində "Tottenhem”in əsas qol silahı sayılan Hari Keyn oyunda son nöqtəni qoyub.


"Tottenhem" 45 xal toplayaraq Premyer Liqanın cədvəlində 7-ci yeri tutur. "Vest Ham" (27 xal) 17-ci yerdə qərarlaşıb.

Xəbər lenti