Xəzər Xəbər

"Mançester Yunayted" "Çelsi"nin ulduzunu transfer edir

İdman | 18:42 • 23 İyun 2020
"Mançester Yunayted" "Çelsi"nin ulduzunu transfer edir

"Çelsi" klubunun braziliyalı ulduzu Villian Borqeş karyerasını "Mançester Yunayted"də davam etdirə bilər.


"Qırmızı şeytanlar" 31 yaşlı futbolçuya müqavilə təklif etməyə hazırlaşır.

Villianın London klubu ilə sözləşməsi bu ayın sonu bitir. Braziliyalı hələ də "Çelsi” ilə müqavilə uzatmayıb. Bu səbəbdən də Mançester təmsilçisi onu transfer etmək niyyətindədir.

Qeyd edək ki, Villian "Çelsi"dən 3 illik müqavilə tələb edir. "Zadəganlar"ın rəhbərliyi isə futbolçu ilə maksimum 2 illik sözləşmə imzalaya biləcəklərini bildirib.

Xəbər lenti