Xəzər Xəbər

"Beşiktaş"dan ilk transfer 3 illik müqavilə

İdman | 15:46 • 23 İyun 2020
"Beşiktaş"dan ilk transfer

Yeni mövsüm üçüntransfer fəaliyyətinə başlayan "Beşiktaş" ilk transferini bitirib.

İstanbul təmsilçisi "Alanyaspor"la müqaviləsi mövsümün sonunda başa çatacaq Fabris Nsakala ilə anlaşıb. 29 yaşlı sol cinah müdafiəçisi "ağ-qaralar"la 3 illik razılığa gəlib.

Konqo millisinin üzvü 2017-ci ildən "Alanyaspor"da çıxış edir. O, daha öncə "Trua" və "Anderlext" klublarında oynayıb. Nsakala bu mövsüm 29 oyunda 1 assist edib.

Xəbər lenti