Xəzər Xəbər

Dünya çempionu 30 yaşında vəfat edib

İdman | 14:17 • 22 İyun 2020
Dünya çempionu 30 yaşında vəfat edib

Serbiyalı atıcı, dünya çempionu Bobana Momçiloviç-Veliçkoviç 30 yaşında vəfat edib.

Bu barədə Serbiya Atıcılıq İdmanı Federasiyası bildirib.

İdmançı ağır xəstəlikdən həyatını itirib. Onun hansı xəstəlikdən əziyyət çəkdiyi açıqlanmayıb.

Qeyd olunur ki, B.Momçiloviç-Veliçkoviç bir neçə həftə əvvəl ana olmuşdu.

O, 2014-cü ildə 10 metr məsafədən pnevtmatik tapanaçadan atıcılıq üzrə komanda hesabında dünya çempionu olub. Bundan başqa, onun hesabında Avropa çempionatlarının 8 qızıl, 2 gümüş və 3 bürünc medalı var. (Trend)

Xəbər lenti