Xəzər Xəbər

Serxio Ramos La Liqada növbəti rekorduna imza atıb

İdman | 12:16 • 22 İyun 2020
Serxio Ramos La Liqada növbəti rekorduna imza atıb

"Real Madrid” klubunun müdafiəçisi Serxio Ramos ötən gün komandasının "Real Sosyedad” ilə qarşılaşmasında (2:1) vurduğu qolla karyerasında növbətı rekordunu rəsmiləşdirib.


Xezerxeber.az xəbər verir ki, futbolçu İspaniya çempionatlarında 68-ci dəfə fərqlənməklə La Liqa tarixində ən məhsuldar müdafiəçi olub. O, bununla da "Barselona”nın sabiq müdafiəçisi Ronald Kumanı qabaqlayıb.


Xatırladaq ki, "Real Madrid” səfərdə qazanılan qələbə ilə 65 xalla turnir cədvəlində liderliyə yüksəlib. Eyni xala malik "Barselona” ikinci pillədə qərarlaşıb.

Xəbər lenti