Xəzər Xəbər

“Fənərbağça” səfərdə “Kasımpaşa”ya uduzub

İdman | 09:19 • 22 İyun 2020
“Fənərbağça” səfərdə “Kasımpaşa”ya uduzub

Futbol üzrə Türkiyə çempionatının XXVIII turu çərçivəsində keçirilən qarşılaşmada "Kasımpaşa” doğma meydanda "Fənərbağça”nı qəbul edib.


Xezerxeber.az xəbər verir ki, hesabı matçın 55-ci dəqiqəsində meydan sahiblərinin hücumçusu Mame Tiam açıb. "Kasımpaşa”nın yarımmüdafiəçisi Yusif Ərdoğan 90-cı dəqiqədə komandasının qələbəsini rəsmiləşdirib.


Beləliklə, "Fənərbağça” səfərdə "Kasımpaşa”ya 2:0 hesabı ilə məğlub olub.


Günün digər oyunlarında isə "Konyaspor” – "Sivasspor” və "Qalatasaray” –"Qaziantep” komandaları qarşılaşacaq. Matçlar Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. XXVIII tura iyunun 22-də "Alanyaspor” – "Trabzonspor” və "Antalyaspor” – "Rizəspor” görüşləri ilə yekun vurulacaq.


Türkiyə çempionatında hazırda "Başakşəhər” 59 xalla turnir cədvəlinin lideridir. Ondan bir oyun az keçirmiş "Trabzonspor” 56 xalla ikincidir. "Sivasspor” 52 xalla üçüncü, "Qalatasaray” klubu isə 50 xalla dördüncü pillədə qərarlaşıb. Sonrakı yerlərdə "Beşiktaş” (47 xal), "Alanyaspor” (43 xal), "Fənərbağça” (43 xal) və digər komandalar gəlir.

Xəbər lenti