Xəzər Xəbər

“Real Madrid” səfərdə qalib gələrək liderliyə yüksəlib

İdman | 09:12 • 22 İyun 2020
“Real Madrid” səfərdə qalib gələrək liderliyə yüksəlib

İyunun 21-də futbol üzrə İspaniya La Liqasının 30-cu turunun oyunlarına yekun vurulub.


Xezerxeber.az xəbər verir ki, turun son oyun günündə çempionluğa iddialı "Real Madrid” səfərdə "Real Sosyedad” komandasının qonağı olub.


Görüş Madrid təmsilçilərin 2:0 hesablı qələbəsi ilə başa çatıb.


Oyunda hesabı "kral” klubu ikinci hissədə açıb. Qayda pozuntusuna görə hakimin təyin etdiyi 11 metrlik cərimə zərbəsini Serxio Ramos dəqiq yerinə yetirib. Matçın 68-ci dəqiqəsində meydan sahibləri hesabı bərabərləşdirsələrdə baş hakim VAR (videonəzarət) sisteminə baxdıqdan sonra qolu saymayıb. Qarşılaşmanın 71-ci dəqiqəsində "Real Madrid” hesab arasındakı fərqi iki topa çatdırıb. Kərim Benzema Federiko Valverdenin ötürməsini dəqiq zərbə ilə tamamlayıb.


Görüşün 83-cü dəqiqəsində meydan sahibləri qollardan birinin əvəzini çıxıb. Mikel Mirino adını tabloya yazdırıb. Qoldan sonra irəli atılan "Real Sosyedad” fərqlənməyə yaxın olsa da hesabı dəyişə bilməyib.


Bu qələbədən sonra xal ehtiyatını 65-ə çatdıran "Real Madrid” turnir cədvəlində liderliyə yüksəlib, "Real Sosyedad” isə 47 xalla 6-cı yerdə qərarlaşıb.

Xəbər lenti