Xəzər Xəbər

“Qalatasaray”-“Qaziantep” qarşılaşmasında qapılara altı qol vurulub

İdman | 09:03 • 22 İyun 2020
“Qalatasaray”-“Qaziantep” qarşılaşmasında qapılara altı qol vurulub

Futbol üzrə Türkiyə çempionatının XXVIII turu çərçivəsində keçirilən qarşılaşmada "Qalatasaray” doğma meydanda "Qaziantep”i qəbul edib.


Xezerxeber.az xəbər verir ki, gərgin keçən görüşdə tərəflər hər biri üç top vuraraq heç-heçə ediblər. "Qalatasaray”ın qollarını Radmel Falkao (36), Yunis Belhanda (40) və Sofian Fequli vurub. Qonaqların heyətində isə Papi Djilobodji (17), Patrik Tvumasi (78) və Aleksandru Maksim (90+14) fərqləniblər. Həmçinin meydan sahiblərinin heyətində Əhməd Çelik 56-cı dəqiqədə qırmızı vərəqə alaraq komandasını meydanda azlıqda qoyub.


Günün digər oyunlarında "Konyaspor” doğma divarlar arasında "Sivasspor”la heç-heçə edib - 2:2. "Fənərbağça” isə səfərdə "Kasımpaşa”ya 2:0 hesabı ilə uduzub.


XXVIII tura iyunun 22-də "Alanyaspor” – "Trabzonspor” və "Antalyaspor” – "Rizəspor” görüşləri ilə yekun vurulacaq.


Türkiyə çempionatında hazırda "Başakşəhər” 59 xalla turnir cədvəlinin lideridir. Ondan bir oyun az keçirmiş "Trabzonspor” 56 xalla ikincidir. "Sivasspor" 53 xalla üçüncü, "Qalatasaray” klubu isə 51 xalla dördüncü pillədə qərarlaşıb. Sonrakı yerlərdə "Beşiktaş” (47 xal), "Alanyaspor” (43 xal), "Fənərbağça” (43 xal) və digər komandalar gəlir.

Xəbər lenti