Xəzər Xəbər

“Neftçi” klubu yeni mövsüm üçün birinci transferini rəsmiləşdirib

İdman | 09:49 • 21 İyun 2020
“Neftçi” klubu yeni mövsüm üçün birinci transferini rəsmiləşdirib

Paytaxtın "Neftçi" futbol klubu 2020-2021-ci il mövsümü üçün birinci transferini rəsmiləşdirib.

Xezerxeber.az xəbər verir ki, Cabir Əmirli ilə 2 illik müqavilə bağlanıb. 23 yaşlı müdafiəçi "Neftçi”nin heyətində 2 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, bunadək "Keşlə"də keçirdiyi 4 mövsüm ərzində meydana çıxdığı 54 oyunda 1 qola imza atmış C.Əmirli Azərbaycan U-21 milli komandasında da çıxış edib.

Xəbər lenti