Xəzər Xəbər

Leroy Sane "Mançester Siti"dən ayrılır

İdman | 11:30 • 20 İyun 2020
Leroy Sane "Mançester Siti"dən ayrılır

İngiltərənin "Mançester Siti"klubunun futbolçusu Leroy Sane "şəhərlilər"dən ayrılacaq.

Komandanın baş məşqçisi Xosep Qvardiola yerli mətbuata açıqlamasındabildirib ki, 24 yaşlı yarımmüdafiəçi Mançester təmsilçisi ilə gələn ilin yayında başa çatacaq müqavilənin müddətini uzatmaqdan imtina edib.

Artıq Almaniya millisinin üzvünün yeni klubu da bəllidir. İtaliyalı jurnalist Fabritsio Romano şəxsi "Twitter" hesabında Sanenin "Bavariya" ilə anlaşdığını yazıb. Keçidin bu yay baş tutacağı gözlənilir.

Qeyd edək ki, Leroy Sane 2016-cı ilin yayında Almaniya "Şalke"sindən "Mançester Siti"yə keçib.

Xəbər lenti